Növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək komandalardan biri bəlli olub. Apasport.az saytının məlumatına görə, HİK klubu Finlandiya çempionu titulunu qazanıb.
Turkuda TPS-i 4:1 hesabı ilə məğlub edən Helsinki təmsilçisi ardıcıl 6-cı, ümumilikdə 27-ci dəfə ölkə çempionu olub. Bunda komandanın ən yaxın izləyicisi SJK-nın büdrəməsi də rol oynayıb.
Heç-heçəylə kifayətlənən sonuncular finişə 3 tur qalmış liderdən 11 xal geri qalıb. Bu da qızıl medalların taleyini həll edib.
Qeyd edək ki, HİK 2015/16 mövsümündə Çempionlar Liqasında Azərbaycan çempionunun potensial rəqiblərindən biri olacaq.