Azərbaycan çempionundan heç-heçə
29.07.2014 - 09:41
İyulun 15-dən Bolqarıstanın Varna şəhəri yaxınlığındakı Qızılqum adasında hazırlıq keçən “İnter”in əvəzedici heyəti toplanışı başa vurub. Apasport.az saytının məlumatına görə, əvəzedicilər arasında Azərbaycan çempionu olan “bankirlər” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirib.
İlk matçında Varna “Spartak”ının əvəzedicilərini 5:0 yenən “İnter” ardınca “Suvorovo”ya 1:3 hesabı ilə uduzub. Son qarşılaşmada Serbiyanın “Novi Pazar” klubunun əvəzediciləri ilə qarşılaşan bakılılar heç-heçə ilə kifayətlənib – 1:1. Təmsilçimizin bu oyundakı qoluna İlkin Sadıqov imza atıb.
0
0