UEFA-nın həvəskar klublar arasında keçirdiyi Regionlar Kubokunda ölkəmizi “Çağırğan” klubu təmsil edəcək. Apasport.az saytının məlumatına görə, Sabirabad komandası XVI ölkə birinciliyinin qalibi olub.
Artıq “Çağırğan”ın I qrupdakı rəqiblərindən “Vesterqötland”ın ardından Latviyanı təmsil edəcək klubun da adı bilinib. Yalnız meydan sahibləri Xorvatiyanı hələ ki hansı komandanın təmsil edəcəyi bilinmir.
Yeri gəlmişkən, oyunlar İstriya yarımadasının qərb sahilində yerləşən Xorvatiyanın Poreç və Umaq şəhərlərində keçiriləcək. Qarşılaşmalar “Veli Yozts” və “Qradski” stadionlarında baş tutacaq.
20 oktyabr
13:00 ÇAĞIRĞAN (AZƏRBAYCAN) – Xorvatiya
17:00 RTU Futbola Sentr (Latviya) – Vesterqötland (İsveç)
22 oktyabr
13:00 ÇAĞIRĞAN – RTU Futbola Sentr
17:00 Vesterqötland – Xorvatiya
24 oktyabr
17:00 Vesterqötland – ÇAĞIRĞAN
17:00 Xorvatiya – RTU Futbola Sentr
Qeyd edək ki, ötən mövsüm ölkəmizi bu turnirdə Salyanın “Qaraçala” klubu təmsil etmişdi.