Azərbaycan çempionunun kataloniyalılara qarşı 3-cü sınağı
12.03.2014 - 16:10
Azərbaycan çempionunun kataloniyalılara qarşı 3-cü sınağı

Futzal üzrə UEFA kubokunun “Dordlər finalı”nda “Araz”ın ilk rəqibi olacaq “Barselona” əvvəllər də Azərbaycan çempionu ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi indiyədək 2 dəfə İspaniyanın adlı-sanlı klubu ilə üz-üzə gəlib.

 

Bu komandaların hər iki oyunu elit-raundun qrupuna təsadüf edib.  Joze Alesionun yetirmələri 2011/12 mövsümündə İspaniyada oynamalarına baxmayaraq kataloniyalılara uduzmayıb – 2:2.

 

Ötən mövsüm isə rəqiblər Sloveniyada üz-üzə gəlib. Bu dəfə isə “Barselona” “Araz”ı darmadağın edib – 7:1.

 

20.11.2011. “Araz” - “Barselona” (İspaniya) - 2:2

Rəcəb Fərəczadə, 20, Amadeu, 36 - Vilde, 10, Lozano, 15
 

11.10.2012. “Araz” - “Barselona” (İspaniya) - 1:7

Namiq Məmmədkərimov, 14 - Fernandino, 1, Rizvan Fərzəliyev, 3 (avtoqol), Aiçardo, 5, 15, Lin, 7, Torras, 28, Vilde, 37

0