Azərbaycan çempionunun millimizə töhfəsi
08.02.2014 - 12:04
UEFA Belçikada keçirilən futzal üzrə Avropa çempionatının rəqəmlərini tərtib edib. Apasport.az saytının məlumatına görə, mübarizəni qrup mərhələsində dayandıran Azərbaycan yığması da diqqətdən kənar qalmayıb.
Qurumun rəsmi saytı komandamıza 10 rəqəmini uyğun bilib. Bu rəqəm yığmada eyni klubun təmsilçisi sayını əks etdirir. Belə ki, AVRO-2014-ə yollanan millimizin 10 üzvü “Araz”ı təmsil edirdi. Azərbaycan çempionunun bu göstəricisi isə yarışın rekoordudur.
0
0