Rusiya mətbuatı Azərbaycana gələn 19 ən yaxşı legionerin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızı bu araşdırmanı aparmağa Marat İzmayılovun “Qəbələ”yə keçməsi sövq edib.
Həmkarlarımız 2004-cü ildən ölkəmizə başlayan legioner axınını dəyərləndirərək, ən tanınmış simaları seçib. Onların seçimində futbolçuların Azərbaycanda özlərini necə göstərməsi deyil, ölkəmizə gələnə kimi necə çıxış etdikləri də nəzərə çatdırılıb.
Məşhurlar isə 8 klubumuzda forma geyiniblər. Bunlar “Bakı”, “İnter”, “Neftçi”, “Qarabağ”, “Simurq”, “Xəzər-Lənkəran” və “Qəbələ”dir. Bu klublarla yanaşı, artıq tarixin yaddaşına köçən “MKT-Araz” da var.
Azərbaycanın ən yaxşı 19 legioneri
Laki İdahor (İnter, 2004-2006)
Artyom Bezrodnı (MKT-Araz, 2005)
Andrey Ştoltsers, (Bakı, 2005-2006)
Mixail Starostyak (Simurq, 2007-2009)
Valentin Belkeviç (İnter, 2008-2009)
Dmitri Kruqlov (Neftçi, 2008-2010; İnter, 2010-2011)
Georgi Demetradze (Bakı, 2008-2010)
Andrey Rubin (İnter, 2008-2010; Qarabağ, 2010-2011; Simurq, 2011-2012)
Robertas Poşkus (İnter, 2009-2011; Simurq, 2011-2012)
İqor Mitreski (Neftçi, 2010-)
Emil Mpenza (Neftçi, 2010-2012)
Uintson Parks (Xəzər-Lənkəran, 2010-2011; Bakı, 2011-2012)
Dion Barton (Qəbələ, 2010-2012)
Deyvidas Çesnauskis (Bakı, 2011)
Maris Verkakovski (Bakı, 2011-2012)
Nenad Kovaçeviç (Bakı, 2012)
Aleksandr İaşvili (İnter, 2013-)
Lorentso Ebesilio (Qəbələ, 2013-)
Marat İzmayılov (Qəbələ, 2014-)
Qeyd edək ki, bu futbolçulardan 4-ü ölkəmizdə top qovmaqda davam edirlər.