Azərbaycan hakimləri Polşaya yollanır
13.06.2014 - 12:15
Azərbaycan çempionatında növbəti mövsüm idarəçilik edəcək hakimlərimiz təlim-məşq toplanışını Polşada keçirəcəklər. Bu barədə apasport.az saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Belə ki, növbəti mövsümə hazırlaşmaq üçün referilərimiz iyulun 10-da təlim-məşq toplanışının keçiriləcəyi məkana yollanacaqlar. Orada hakimlərimiz fiziki hazırlıqlar keçirəcək və bir neçə yoxlama görüşlərində idarəçilik edəcəklər.
0
0