Azərbaycan klubları üçün avrokuboklarda 4 manatlıq yenilik
08.07.2014 - 15:12
Azərbaycan klubları üçün avrokuboklarda 4 manatlıq yenilik

Braziliyada keçirilən dünya çempionatının oyunları zamanı hakimlər tərəfindən istifadə olunan “sprey”dən daha geniş miqyasda istifadə olunacaq. Apasport.az saytının məlumatına görə, standart vəziyyətlər zamanı “canlı sədd”in dayanacağı yeri işarələyən vasitə UEFA-nın da xoşuna gəlib.

 

Artıq “sprey”dən yararlanacağı açıqlanan bir neçə Avropa ölkəsinin ardından qitə miqyaslı turnirlərdə də yenilik tətbiq olunacaq. Artıq 2015/16 mövsümündən Çempionlar Liqası və Avropa Liqası matçlarında hakimlərə “sprey” veriləcək. Bu isə o deməkdir ki, yarışa qatılan Azərbaycan klublarının da yeniliyi görə biləcək.

 

Bunu özü itən maddəni icad edən Qeyne Aleman açıqlayıb: “Artıq UEFA ilə məsələni razılaşdırmışıq. Qurum öz turnirlərində “sprey”dən istifadə edəcək”.

 

Qeyd edək ki, bir qab “sprey”in qiyməti 3 funt sterlinqə (4 manat 2 qəpik) yaxındır.