Azərbaycan klublarından avrokuboklarda 10-cu “dubl”
11.07.2014 - 11:17
Azərbaycan klublarından avrokuboklarda 10-cu “dubl”

Avrokuboklar tarixində 10-cu dəfə Azərbaycan klubu hər iki matçda rəqibinə qalib gəlib. Apasport.az saytının məlumatına görə, “İnter” Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Tiraspol”unu hər iki oyunda məğlub edib.

 

Bunadək 9 dəfə belə hal qeydə alınmışdı. Bunun birində də texniki qələbə “dubl”a imkan verib. “Qarabağ” 5, “İnter” (əvvəlki “Xəzər Universiteti”) 3, “Neftçi” ilə “Karvan” hərəyə 1 dueldə 2 qələbə qazanıb.

 

2004/05. “Kazino Breqents” (Avstriya) – “Xəzər Universiteti” - -:+, 1:2
2005/06. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0, 2:1
2006/07. “Karvan” – “Spartak” (Slovakiya) – 1:0, 1:0
2009/10. “Honka” (Finlandiya) – “Qarabağ” – 0:1, 1:2
2010/11. “Visla” (Polşa) – “Qarabağ” – 0:1, 2:3
2011/12. “Banqa” (Litva) – “Qarabağ” – 0:4, 0:3
2012/13. “Trans” (Estoniya) – “İnter” – 0:5, 0:2
2013/14. “Metallurq” (Makedoniya) – “Qarabağ” – 0:1, 0:1
2013/14. “Qarabağ” - “Gefle” (İsveç) – 1:0, 2:0 

2014/15. “Tiraspol” (Moldova) - “İnter” – 2:3, 1:3