Azərbaycan klubu 4 futbolçu ilə gücləndi
20.01.2015 - 11:03
Azərbaycan klubu 4 futbolçu ilə gücləndi

Mövsümün ikinci yarısına hazırlaşan AZAL heyətinə yeni futbolçular qatıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “təyyarəçilər” 4 futbolçunun keçidini rəsmiləşdiriblər.

 

Bunlar son klubu “Araz Naxçıvan” olmuş Azər Məmmədov və Ruslan Nəsirli, son olaraq “Xəzər Lənkəran”da çıxış etmiş Aleksandr Şemonayev və ukraynalı legioner Valeri Kutsenkodur.

 

Bütün futbolçularla 1,5 illik müqavilə imzalanıb.