Müxtəlif göstəricilərdə ən uzun seriyalara malik klubların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən iki Azərbaycan klubu da planetin fərqlənən klubları sırasına düşüb.
“Onluq”dakı təmsilçilərimiz “İnter”lə “Sumqayıt”dır. Sonuncular mənfi mənada fərqlənibsə, bakılıların nəticəsi göz oxşayır. Belə ki, Kaxaber Sxadadzenin yetirmələri 18 oyundur ki, 1-dən artıq qol buraxmır. Bu göstərici dünyada 7-cidir. 1-ci olan İspaniya “Sportinq”i (Xixon) 26 matçlıq seriayay malikdir. Məşhur Almaniya “Bavariya”sı isə “İnter”i 1 addım qabaqlayır.
“Sumqayıt” isə evdə 3-dən artıq qol vurduğu günü unudub. 27 ev matçında məhsuldarlığa həsrət qalan komanda dünyada 7-cidir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı