Azərbaycan klubu “Manisaspor”la qarşılaşacaq
09.07.2014 - 14:51
Azərbaycan klubu “Manisaspor”la qarşılaşacaq

Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Qartəpə bölgəsində keçirməyə hazırlaşan “Sumqayıt”ın daha 2 rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi iyulun 23-də Türkiyənin “Manisaspor”, 25-də isə Türkmənistanın “Altın Asır” klubu ilə qarşılaşacaq.  

 

Aqil Məmmədovun yetirmələrinin iyulun 17-də İranın I dəstə təmsilçisi “İstiqlal Əhvaz”, 20-də isə Özbəkistan çempionu “Bunyodkor”la üz-üzə gələcəyi isə xeyli əvvəldən məlum idi. Türkiyədə 5 matça çıxacaq “Sumqayıt”ın sonuncu rəqibi isə hələ dəqiqləşməyib.