Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olacaq bu mərhələ çərçivəsində 7 qarşılaşma baş tutacaq.
Tura son kubokun qalibi “Neftçi”nin oyunu ilə start veriləcək. “Ağ-qaralar” I divizon təmsilçisi “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Ölkə çempionatının son 3 oyundan yalnız 2 xal toplayan Arif Əsədovun yetirmələri bu görüşdə aşağı dəstə klubunu məğlub edib, azarkeşləri ilə barışmaq niyyətindədi.
“Neftçi” - “Qaradağ Lökbatan” matçı ilə eyni vaxtda AZAL səfərdə “Neftçala” ilə üz-üzə gələcək. Topaz Premyer Liqasının son turunda “Sumqayıt” üzərində qazanılan qələbəni nəzərə alsaq, “təyyarəçilər” bu görüşə yüksək əhval-ruhiyyədə çıxacaq.
Çempionatda işləri heç də yaxşı getməyən “Qəbələ” doğma publika önündə “Ağsu”nu qəbul edəcək. Bakıda “Neftçi”dən xal qoparan əyalət klubu evdə növbəti mərhələyə adlamağa çalışacaq.
“Sumqayıt” “Bakı” ilə münasibətlərinə aydınlıq gətirəcək. Son ölkə çempionu “Qarabağ” MOİK-lə, “Simurq” “Rəvan”la, “İnter” “Şahdağ”la qarşılaşacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yarışdan çıxdığı üçün “Xəzər Lənkəran” 1/8 finalda oynamadan mərhələ adlayıb.
3 dekabr (çərşənbə)
13:00. “Neftçi” – “Qaradağ Lökbatan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
13:00. “Neftçala” – AZAL
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
15:00. “Qəbələ” – “Ağsu”
Qəbələ şəhər stadionu
15:00. “Sumqayıt” – “Bakı”
“Kapital Bank Arena”
15:30. “Qarabağ” – MOİK
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. “Simurq” – “Rəvan”
Zaqatala şəhər stadionu
18:00. “Şahdağ” – “İnter”
“İnter Arena” stadionu
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək