Bakının “İnter” klubunun sabiq baş məşqçisi Anatoli Konkov Ukrayna Futbol Federasiyasının prezidenti postunu tərk edib. Apasport.az saytının məlumatına görə, 2012-ci ildən bu postda olan funksioneri istefaya səsləyib, federasiyadan qovmaq istəyənlər istəyinə çatıb.
Belə ki, təzyiqlərə bir neçə ay tab gətirən Konkov istefa ərizəsini yazmağa vadar olub. Federasiyanın İcraiyyə Komitəsi də onun istefasını qəbul edib. Prezident vəzifəsinin icrası müvəqqəti Andrey Pavelkoya həvalə olunub. Sonuncu martın 6-da keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyə namizədlər sırasındadı.
Qeyd edək ki, 2004-2006-cı illərdə “İnter”in baş məşqçisi olan Konkov 2004/05 mövsümündə komandasını Azərbaycan kubokunun finalına daşıyıb.