Azərbaycan milisi: İki yığma bir toplanışda
16.05.2014 - 12:08
Azərbaycan milisi: İki yığma bir toplanışda

Qızlardan ibarət Azərbaycan millilərinin seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə hazırlıqlarda 2 yığma bir araya gələcək.

 

Belə ki, 15 və 17 yaşadək qızlardan ibarət komandalara namizədlər birgə məşq edəcək. Toplanış mayın 17-dən 22-dək Bakıda keçiriləcək.

 

Yığmaların birləşmiş düşərgəsinə 20 futbolçu çağırılıb: Günay İsmayılova, Samirə Kurdükova (hər ikisi “Fidan”), Aytən İbadova, Rövşanə Sərdarlı (hər ikisi “İmişli”), Nərmin Rəhmanova, Nigar Abdullayeva, Roza Quliyeva, Nərmin İsmayılova, Sanay Fətullayeva, Firəngiz Teymurova, Ayşən Əhmədova (hamısı “Səbayil”), Gültac Məmmədəliyeva, Rəvanə Şəfiyeva (hər ikisi “Sumqayıt”), Vüsalə Seyfəddinova (“Şəki”), Vüsalə Hacıyeva (“Tovuz”), Gultac Ramazanova (UGİM, Qax), Aynur Zeynalova (UGİM-9), Kristina Bakarandze, Manə Mollayeva, İlahə Nuriyeva (“Zaqatala”).

 

Mənbə: affa.az