Azərbaycan millisi “Atletiko”ya qalib gəldi
08.07.2014 - 09:31
İspaniyanın San-Sebastian şəhərində təşkil olunmuş "Donosti Cup" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması da yarışda ilk matçına çıxıb.
Komandamız "Atletiko Vilafranka" klubu ilə görüşüb. Patrisiya Qonzalesin yetirmələri bu matçda 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Aysun Əliyeva, Yaiza Relea və Melis Sarıaltın fərqlənib.
Mənbə: affa.az
0
0