Futzal üzrə Azərbaycan millisi fevralda yoxlama oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, yığmamızın Qazaxıstanla sınaq matçı keçirməsi gözlənilir.
Bu görüş hər iki komandanın Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyacaq. Belə qarşılaşmanın baş tutması haqda məlumatı Qazaxıstanın baş məşqçisi Kakau açıqlayıb.
O bildirib ki, hazırda sınaqçı rəqib axtarışındadılar. Kakau bununla bağlı Azərbaycanla danışıqların aparıldığını, millimizin baş məşqçisi Faustino Pereslə də söhbət etdiyini qeyd edib.
Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirin ilk turunda Qazaxıstan millimizə 4:1 hesabı ilə qalib gəlib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək