Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq
11.02.2015 - 12:44
Fevralın 12-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək Azərbaycan yığmasının (U-17) rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Mirbağır İsayevin yetirmələri hazırlıq dövründə Rusiyanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
İlk oyun fevralın 18-də, ikinci qarşılaşma isə iki gün sonra – fevralın 20-də keçiriləcək.
Mənbə: affa.az
0
0