19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışının vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz sentyabrın 4-dən 10-dək Latviyanın Liepaya şəhərində hazırlıq keçəcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısı da açıqlanıb. Hazırlıqlara 20 oyunçu dəvət alıb: Ağaseyid Qasımov (“Qarabağ”), Nurlan Quluzadə, Mirkamil Həşimli, Fəhmin Muradbəyli (hamısı “Neftçi”), Yusup Xakimov, Təyyar Məmmədov (hər ikisi “Bakı”), İlyas Səfərzadə, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Eltun Xudadatov, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Bəhlul Mustafazadə, Emin Zamanov (hamısı “Qəbələ”), Mansur Nahavəndi, Elnur Süleymanov (hər ikisi “İnter”), Anar Həsənov, Əlibəy Məmmədli (hər ikisi “Rəvan”), Budaq Nəsirov (“Araz-Naxçıvan”), Mahir Mədətov (“Lans”, Fransa), Tolqa Şahin (“Kayzerslautern”, Almaniya).
Mənbə: affa.az