[b]Azərbaycan millisi və “Qarabağ”[/b]
08.12.2014 - 15:30
[b]Azərbaycan millisi və “Qarabağ”[/b]

Başa çatmaq üzrə olan 2014-cü ildə Azərbaycan millisinin heyətində 19 klubun təmsilçisi forma geyinib. Apasport.az saytının məlumatına görə, son illərin formalaşan ənənəsi bu dəfə də davam edib və “Qarabağ” yığmadakı futbolçu sayında hamını arxada qoyub.

 

İlin 8 görüşündə Ağdam təmsilçisinin 6 üzvü millinin heyətində meydana çıxıb. Onlar ümumilikdə 27 matçın iştirakçısı olub. Bu göstəricilərin hər ikisində aşkar liderliyə məxsus “Qarabağ”ın izləyiciləri də əyalət klublarıdı.

 

Belə ki, “Qəbələ” və “Xəzər Lənkəran” eyni göstəricilərə malikdi. İkinciliyi bölən bu klubların hərəsinin 5 oyunçusu milli forma geyib. Onların oyun sayı da eyni – 17-di.

 

Ölkənin ən titullu klubu olan Neftçi” isə yalnız 4-cü pillədə qərarlaşıb.

 

Yığmada təmsil olunan 19 klubdan 8-i yerli, 11-i xarici komandadı. Topaz Premyer Liqasının 9 iştirakçısından yalnız AZAL milliyə oyunçu verməyib.

 

11 əcnəbi klubundan 4-ü Türkiyə, 5-i Almaniyanı təmsil edirsə, Rusiya və İsveçin 1 komandası bu siyahıya düşüb. “Qaziantep BB” milliyə 2 oyunçu verən yeganə xarici klubdu. Türkiyə təmsilçisinin üzvləri oyun sayında da “Karlsrue” ilə şərikli liderdi.

 

2014-cü ildə Azərbaycan millisində klubların təmsilçiliyi

 

1. “Qarabağ” – 27 oyun (6 futbolçu)

2-3. “Qəbələ” – 17 (5)

“Xəzər Lənkəran” – 17 (5)

4. “Neftçi” – 12 (4)

5. “Qaziantep BB” (Türkiyə) – 7 (2)

6. “Karlsrue” (Almaniya) – 7 (1)

7. “İnter” – 6 (4)

8. “Simurq” – 5 (1)

9. “Karşıyaka” (Türkiyə) – 4 (1)

10. “Bakı” – 3 (2)

11-12. “Sivasspor” (Türkiyə) – 3 (1)

“Saarbrükken” (Almaniya) – 3 (1)

13-15. “Fortuna” (Düsseldorf, Almaniya) – 2 (1)

“Kayzerslautern II” (Almaniya) – 2 (1)

“Rubin” (Rusiya) – 2 (1)

16-19. “Sumqayıt” – 1 (1)

“Elazığspor” (Türkiyə) – 1 (1)

“Kalmar” (İsveç) – 1 (1)

"Svaybrükken"" (Almaniya) - 1 (1)