Azərbaycan millisində 24 futbolçu
13.02.2015 - 16:42
Azərbaycan millisində 24 futbolçu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 14-dən 19-dək Bakıda, 20-dən 26-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında 24 futbolçu iştirak edəcək.

 

Komandaya Ukrayna, Belarus və Özbəkistanda çıxış edən legionerlər də cəlb edilib: Asim Abdullazadə, Samir Əliyev (hər ikisi “Bakı”), Məmməd Hüseynov, Süleyman Əhmədov (hər ikisi “Qarabağ”), Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Tural  Əjdərli, Fərid Nəbiyev, Aqşin Hüseynov, Cavidan Qasımlı, Elvin İmanlı     (hamısı “Qəbələ”), Mir-Emil Həsənov, Ceyhun  Muxtarlı, Nadir Qasımov (hamısı “İnter”), Ricat Qarayev (“Əlincə”), Yusif  Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Ərziman Rizvanov, Emin Səfixanov (hər ikisi “Sumqayıt”), Boris Babayev, (UGİM, Kiyev, Ukraina), Kamran Karaxanov (UGİM, Minsk, Belarus), Kamran Nəcəfəliyev (“Daşkənd”, Özbəkistan).