Sabahdan etibarən Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmalar arasında FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması da turnirdə iştirak edəcək. F qrupunda yer alan millimiz Yaponiya və Albaniya yığmaları ilə qarşılaşacaq. Yanvarın 11-dək davam edəcək turnirdə komandamız ilk görüşünü Yaponiyaya qarşı keçirəcək.
Bütün qrupların tərkibini sizə təqdim edirik:
A qrupu: Rusiya, Litva, Moldova
B qrupu: Belorus, Estoniya, Latviya
C qrupu: Bolqarıstan, Sloveniya, Qazaxıstan
D qrupu: Slovakiya, Sankt-Peterburq, Yunanıstan
E qrupu:Moskva, Cənubi Koreya, Finlandiya
F qrupu: Yaponiya, Albaniya, Azərbaycan