Azərbaycan və Ermənistan futbolu arasındakı fərq
29.01.2014 - 10:32
Azərbaycan və Ermənistan futbolu arasındakı fərq

Topaz Premyer Liqası MDB və Baltikyanı ölkələrin çempionatları arasında 4-cü yerdədir. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) bu gün açıqladığı çempionatların 2013-cü il üçün reytinq siyahısında Azərbaycan postsovet məkanında 3 ölkədən geri qalır.

 

Rusiya və Ukrayna Premyer Liqalarından geri qalan birinciliyimiz Moldovadan da zəifdir. Dünyanın 43-cüsü olan Topaz Premyer Liqası keçmiş SSRİ-ni təmsil edən 15 ölkədən 11-ni qabaqlayır.

 

Onlardan ikisi – Tacikistan və Qırğızıstan liqaları İFFHS-in açıqladığı ən güclü 125 çempionat sırasına düşməyə də layiq olmayıb. Siyahıya daxil edən 13 ölkə arasında ən zəifləri isə Ermənistanla Türkmənistandır.

 

Yer (ümumi

 siyahıda)

çempionat

xal

8

Rusiya

739,50

14

Ukrayna

682,00

41

Moldova

380,00

43

Azərbaycan

370,50

50

Gürcüstan

343,00

54

Estoniya

332,00

57

Latviya

325,50

60

Belarus

320,50

68

Litva

308,00

69

Özbəksitan

299,50

83

Qazaxıstan

252,50

87

Ermənistan

245,50

106

Türkmənistan

159,50