Azərbaycan yığması - ilin ilk sınağının tarixi açıqlandı
05.09.2014 - 18:04
Azərbaycan yığması - ilin ilk sınağının tarixi açıqlandı

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin tarixi açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin ilk sınağı olacaq yarış yanvarın 3-də start götürəcək.

 

Son illərdə Azərbaycan yığmasının da daimi iştirakçısına çevrildiyi turnir ayın 11-dək davam edəcək. Bu dəfə 1997-ci il təvəllüdlü futbolçular mübarizə aparacaq. 16 komandanın qatılacağı yarışın oyunları Peterburq İdman Kompleksində baş tutacaq.

 

Qeyd edək ki, Rusiyadakı turnirdə 2009-cu ildə debüt edən yığmamız ardıcıl 6 dəfə yarışın iştirakçıları arasında olub.