Azərbaycan yığması 3 qolla 3-cü pillədə
15.08.2014 - 14:48
Azərbaycan yığması 3 qolla 3-cü pillədə

17 yaşadək qızlardan ibarət yığmalar arasında UEFA-nın inkişaf mini-turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş yarışın son günündə Azərbaycan millisi meydan sahiblərini sınağa çəkib.

 

İlk iki oyununda Farer adalarından 1, Türkiyədən 2 cavabsız qol buraxan yığmamız sonuncu olmamaq üçün uduzmamalı idi. Yığmamız bu vəzifənin öhdəsindən artıqlaması ilə gəlib.

 

Yığmamız 10 dəqiqədə vurulan 3 qolla həm matçın, həm də III yerin taleyini həll edib. Belə ki, 15-ci dəqiqədə hesabı açan komandamız 24-cü dəqiqədə fərqi 3-ə çatdırıb. Meydan sahibləri yalnız uzatma dəqiqələrindəki təsəlli qolu ilə kifayətlənib – 3:1.

 

Turnirin qalibinin adına aydınlıq gətirməli olan Türkiyə - Farer adaları matçında da eyni hesab qeydə alınıb. 3:1 hesablı qələbə “ay-ulduzlular”ı 1-ci pillədə saxlayıb.

 

1

Türkiyə

3

3

0

0

8-1

9

2

Farer adaları

3

2

0

1

5-3

6

3

Azərbaycan

3

1

0

2

3-3

3

4

Estoniya

3

0

0

3

0-9

0