Azərbaycan yığması: 7-ci dəfə top-komanda ilə
27.05.2014 - 14:42
Azərbaycan yığması: 7-ci dəfə top-komanda ilə

Azərbaycan millisi tarixində 7-ci dəfə dünya futbolunun aparıcı komandalarından biri ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, yığmamız indiyədək 6 dəfə FİFA reytinqinin ilk 20 pilləsində yer alan komanda ilə gücünü yoxlayıb.

 

Hazırda dünyanın 14-cü komandası olan ABŞ millisi gücünə görə yoxlama oyunlarındakı 3-cü rəqibimizdir. Bir dəfə planetin ən yaxşısını – İspaniyanı Bakıya gətirən AFFA, Türkiyə millisi sıralamada 11-ci olanda da “ay-ulduzlular”la yoxlama oyunu təşkil etmişdi. Qonşu ölkə ilə Kayseridəki oyuna isə rəqibimiz ABŞ kimi 14-cü pillədə çıxmışdı.

 

“Top-20” komandaları ilə oyunlar

9 iyun 2009. YO. Bakı. Azərbaycan - İspaniya - 0:6 (FİFA reytinqində 1-ci yer)
12 aprel 2006. Bakı. YO. Azərbaycan – Türkiyə - 1:1 (11)
2 iyun 2009. YO. Kayseri. Türkiyə - Azərbaycan - 2:0 (14)
15 avqust 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan - 6:0 (15)

28 fevral 2006. Bakı. YO. Azərbaycan – Ukrayna - 0:0 (15)
29 may 2005. Tehran. YO. İran – Azərbaycan - 2:1 (18)

 

Qeyd edək ki, millimiz 4 dəfə 3-cü, 6 dəfə 4-cü, eyni sayda matçda isə 5-ci “10-luq” komandası ilə qarşılaşıb. Bu isə o deməkdir ki, reytinqin ilk 50 komandası ilə 22 yoxlama matçımız baş tutub və San-Fransiskodakı görüş 23-cüdür.