Millimiz mundial iştirakçısı ilə bacarmadı
28.05.2014 - 07:58
Millimiz mundial iştirakçısı ilə bacarmadı

Azərbaycan millisi bu gün növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 2014-cü ildə 2-ci yoxlama matçında qüvvəsini sınayıb.

 

Martın 5-də Filippinlə qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Berti Foqtsun yetirmələri bu dəfə ABŞ-la üz-üzə gəlib. Gələn ay Braziliyada keçiriləcək  dünya çempionatının final mərhələsinə hazırlaşan “yankilər”lə qarşılaşma yığmamızın məğlubiyyəti ilə nəticələnib.

 

74 dəqiqə rəqibin təzyiqinə davam gətirən komandamız heç-heçəni qoruya bilməyib. 7 dəqiqə ərzində 2 top buraxan komandamız ardıcıl iki “quru” oyundan sonra qapısında qol görüb.

 

Yurgen Klinsmannın yetirmələri isə mundialda iştiraka layiq olduğunu sübut edib. Amerikalılar Türkiyə və Nigeriya ilə yoxlama oyunları oyunlar öncəsi daha ayxşı əhval-ruhiyyə gətirəcək nəticə əldə edib.

 

Qeyd edək ki, Foqts dünya çempionatı zamanı ABŞ yığmasında məsləhətçi kimi çalışacaq.

 

Yoldaşlıq oyunu

28 may
 

ABŞ - AZƏRBAYCAN - 2:0 

QOLLAR: Miks Diskerud, 75, Aron Yohansson, 81

Baş hakim: Henri Bejarano

San-Fransisko. “Kandlestik Park” stadionu

 

ABŞ: Tim Hovard (k), Fabian Conson, Mett Besler, Ceff Kemeron, Klint Dempsi, Maykl Bredli, Qrem Zusi, Cozi Altidor, Da Markus Bizli, Alexandro Bedoya, Cermeyn Conc.

 

Ehtiyatda qalanlar: Bred Quzan, Nik Rimando, De Andre Yedlin, Omar Qonzales, Con Bruks, Aron Yohansson, Bred Devis, Kayl Bekerman, Miks Diskerud, Culian Qrin, Kris Vondolovski, Tim Çandler.

Baş məşqçi: Yurgen Klinsmann

 

Azərbaycan: Kamran Ağayev 3. Rasim Ramaldanov 4. Mahir Şükürov (k) 7. Vaqif Cavadov 8. Qara Qarayev 10. Rüfət Dadaşov 11. Rauf Əliyev 15. Ruslan Abışov 20. Ufak Budak 24. Abdulla Abasiyev 29. Elvin Yunuszadə

 

Ehtiyatda qalanlar: 12. Emil Balayev 23. Səlahət Ağayev 2. Bədəvi Hüseynov 5. Şəhriyar Rəhimov 9. Cihan Özkara 13. Dmitriy Nazarov 14. Rəşad Sadıqov 18. Maksim Medvedev 25. İlkin Qırtımov 28. Pərdis Fercad Azad

Bas məşqçi: Berti Foqts