Azərbaycan yığması ABŞ-a yollandı
20.05.2014 - 09:53
Azərbaycan yığması ABŞ-a yollandı

Azərbaycan yığması ABŞ-a yola düşüb. Apasport.az saytının məlumatına görə, komanda bu gün gecə ölkəni tərk edib.

 

Millimiz İstanbula, ordan da Almaniyanın Frankfurt şəhərinə gedib. Burda yığmaya komandamızın almaniyalı məşqçiləri və bu ölkədə yaşayan futbolçularımız qoşulacaq. Daha sonra isə millini ABŞ-ın San-Fransisko şəhərinə uzun yolçuluq gözləyir.

 

Komanda Kaliforniya ştatında baş tutacaq ilk hazırlıqlarda 19 futbolçu ilə iştirak edəcək. “Qəbələ”nin qapıçısı Kamran Ağayev və “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin komandaları ölkə kubokunda çıxış edəcəkləri üçün yığmaya mayın 23-dən etibarən qoşulacaq.

 

Qeyd edək ki, millimiz ABŞ-la yoldaşlıq oyununa Bakı vaxtı ilə mayın 28-də saat 07:00-da çıxacaq.