Azərbaycan yığması yoldaşlıq oyunundan imtina etdi
02.04.2014 - 11:10
Azərbaycan yığması yoldaşlıq oyunundan imtina etdi

Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin planları dəyişib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Nikolay Adamın yetirmələrinin nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq.

 

Belə ki, millimiz Xorvatiyanın güclülər dəstəsi təmsilçisi “İstra”nın yeniyetmə komandası ilə qarşılaşmalı idi. Lakin aprelin 1-də baş tutmalı olan qarşılaşmadan az əvvəl yığmamız görüşdən imtina edib. Adamın belə addım atmasının səbəbi açıqlanmır.

 

Qeyd edək ki, komandamıza görə rəqibsiz qalan “İstra” günü ikitərəfli oyunla tamamlayıb.