Azərbaycan yığmasına çağırılan futbolçu “Barselona”ya keçə bilər
08.12.2014 - 15:13
Azərbaycan yığmasına çağırılan futbolçu “Barselona”ya keçə bilər

“Malaqa” klubunda çıxış edən bir futbolçunu milliyə çağırmışıq. Onun hətta “Barselona”ya keçmək ehtimalı da var”. Bu sözləri apasport.az saytına açıqlamasında U-16 yığmasının yeni baş məşqçisi Aslan Kərimov deyib.

 

O, yanvarda təşkil ediləcək təlim-məşq toplanışına həmin oyunçunu çağıracaqlarını deyib: “Həmin futbolçu ilə menecerimiz danışıq aparır. Onun valideynləri ilə də zəngləşirik. Həmçinin, Rusiyadan yeni bir oyunçu dəvət etmək fikrimiz də var”.

 

Kərimov yanvardakı toplanışın vaxtını da deyib: “Yanvarın 15-dən sonra 6 günlük toplanışımız olacaq. İlk 3 gündə yalnız Azərbaycanda oynayan futbolçuları çağıracağıq. Növbəti 3 gündə isə başqaları dəvət olunacaq”.

 

Qeyd edək ki, Aslan Kərimov buna qədər əsas millinin köməkçi məşqçi, U-15 yığmasının isə baş məşqçisi vəzifəsində çalışırdı.