[b]Azərbaycan yığmasında yeni məşqçi: Vladimir Miçoviç[/b]
25.12.2014 - 14:00
[b]Azərbaycan yığmasında yeni məşqçi: Vladimir Miçoviç[/b]

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli komandamızda dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, bu dəyişiklik məşqçi korpusunda olub.

 

Belə ki, baş məşqçi Mirbağır İsayev köməkçilərini dəyişmək qərarına gəlib. O, “Abşeron”u çalışdırarkən həmin komandanın kapitanı olmuş İsmayıl Məmmədov və qapısını qorumuş Vladimir Miçoviçi özünə yeni köməkçi götürüb.

 

Əlavə edək ki, serbiyalı Vladimir Miçoviç 2005-2010-cu illərdə “Neftçi”dəki çıxışı ilə daha çox xatırlanır.

 

Qeyd edək ki, buna qədər Mirbağır İsayevin U-17 yığmasındakı köməkçiləri Baba Əsgərov, Səttar Əliyev və Nadir Şükürov idi. Bu “üçlük”dən yalnız Baba Əsgərov vəzifəsində saxlanılıb.