AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-da millimizlə qarşılaşacaq Malta yığması bundan 5 gün öncə yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə” Kaxaber Sxadadzenin baş məşqçisi postuna keçdiyi Gürcüstan millisi ilə qarşılaşacaq.
Maltalılar gürcülərə əbəs yerə təklif göndərməyiblər. Onlar Azərbaycan və Gürcüstanın qonşu ölkə olduğunu nəzərə alaraq, Gürcüstan Futbol Federasiyası ilə danışıq apararaq, müsbət cavab alıblar. Bu isə o deməkdi ki, Sxadadze millinin baş məşqçisi kimi ilk rəsmi oyununu məhz Maltaya qarşı keçirəcək.
Qeyd edək ki, 4 turdan sonra Malta 1 xalla H qrupunun 5-cisi, xala həsrət qalan millimiz isə sonuncusudu.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika