Azərbaycan yığmasını Vyetnamdan gözləyən təhlükə
01.12.2014 - 12:28
Azərbaycan yığmasını Vyetnamdan gözləyən təhlükə

Azərbaycan millisinin FİFA-nın reytinq cədvəlində enişi başa çata bilər. Apasport.az saytının məlumatına görə, son 3 ayda açıqlanan siyahılarda hər dəfə aşağı yuvarlanan və nəticədə 62 pillə geriləyən yığmamızın dekabrın 18-də mövqeyini qoruyacağı gözlənilir.

 

Millimizin 209 komanda arasındakı 135-ci yerdə qalacağı indidən proqnozlaşdırılır. Çünki noyabrın 27-də açıqlanan son cədvəllə dekabrın 18-də FİFA-nın dərc edəcəyi növbəti siyahı arasında olan dövrdə çox az sayda matç baş tutmalıdı.

 

Bunlarında çoxunda Asiya və Afrika təmsilçiləri üz-üzə gələcək. O qədər də güclü olmayan yığmaların matçları həm cədvələ ciddi təsir etmir, həm də Azərbaycanın mövqeyi üçün rol oynamır. Bu üzdən də hesabında 215 xalı qalan komandamızın yeri böyük ehtimalla toxunulmaz qalacaq.

 

Düzdü, proqnozlaşdırılan cədvəldə 12 addımlıq sıçrayışa nail olan Maldiv adaları artıq millimizi keçib. Əvəzində bizdən öndə olan Əfqanıstan geriləyib və artıq millimizə aşağıdan yuxarı baxır. Ümumiyyətlə isə siyahıdakı cədvəldə “qonşularımız” cüzi yerdəyişmələr edib.

 

Artıq 135-ci yeri Tacikistanla bölən millimizə daha bir şərik çıxıb. Xal hesabını komandamıza çatdıran Vyetnam da bu cütlüyə qoşulub. Amma asiyalılar qarşıda bir neçə matç keçirəcəyindən millimiz üçün təhlükə yarada bilər. Komandamızın enişi dayandırmaq planları vyetnamlıların həmin matçlardakı nəticələrindən asılıdı. Lakin asiyalıların millimizi keçə biləcək nəticələr qazanacağı da inandırıcı görünmür.

 

Millimiz və “qonşuları”
 

130 (142). Maldiv adaları – 220

130 (128). Filippin - 220

132 (130). Lixtenşteyn – 219

133 (131). Qvineya-Bisau – 218

134 (133). Yeni Zelandiya - 216

135 (135). Azərbaycan – 215

135 (134). Tacikistan – 215

135 (138). Vyetnam – 215

138 (141). Mavritaniya - 211

139 (139). Qazaxıstan - 205

140 (145). Sent-Lusiya – 202

 

İlk “onluğ”un tərkibində isə heç bir dəyişiklik olmayıb. Planetin ən yaxşılarının nə mövqeyi, nə də xalı dəyişib.


İlk “onluq”

1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (7). Portuqaliya - 1160
9 (9). İspaniya - 1142
10 (10). Uruqvay – 1135


Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizin də xalı dəyişməz qalıb. Amma onlardan birinin mövqeyi dəyişib. Malta yığması KXDR-ın 13 pilləlik enişi sayəsində 1 addım irəliləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

11 (11). İtaliya – 1103
19 (19). Xorvatiya – 946
66 (66). Bolqarıstan - 506
67 (67). Norveç - 500
135 (135). AZƏRBAYCAN – 215

147 (148). Malta – 166

Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında yenə 604 xal olsa da, “ay-ulduzlular” 1 pillə geriləyib və artıq siyahıda 49-cudu. Buna Zambiyanın 17 addımlıq irəliləyişi səbəb olub.