Serbiyada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, UEFA fevralın 2-13-də təşkil olunan yarışın rekordları siyahısını açıqlayıb.
Yarışı 1/4 finalda Rusiyaya 2:6 hesabı ilə uduzaraq dayandıran Azərbaycan futzalçıları turnirdə iki rekorda imza atıb.
Belə ki, ölkəmizin ən titullu klubu olan “Araz” AVRO-2016-da hamıdan çox – 10 oyunçu ilə təmsil olunub. Rekordçu olan Naxçıvan təmsilçisi Qazaxıstan “Kayrat”ı və Ukrayna “Lokomotiv”ini qabaqlayır – 9 futzalçı.
Bundan başqa, yığmamız daha bir rekorda şərik olub. Komandamız turnirin ən məhsuldar matçının iştirakçısıdı. Tino Peresin yetirmələri Çexiyanı 6:5 hesabı ilə məğlub edib. 11 qolun vurulduğu qarşılaşma AVRO-2016-nın rekord məhsuldarlığı kimi tarixə düşüb.
Qeyd edək ki, Avropa çempionu tituluna finalda Rusiyanı 7:3 hesabı ilə məğlub edən İspaniya yiyələnib. III yer uğrunda matçda isə Qazaxıstan Serbiyanı 5:2 hesabı ilə üstələyib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”