Azərbaycanın imza atdığı rekorda göz dikənlər
04.04.2014 - 09:00
Azərbaycanın imza atdığı rekorda göz dikənlər

Kosta-Rika Futbol Federasiyasının hədəfi bəlli olub. Apasport.az saytının məlumatına görə, 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edən Mərkəzi Amerika ölkəsi yarışın rekordunu vurmaq iddiasındadır.

 

Belə ki, kosta-rikalılar tamaşaçı sayında ən yüksək göstəricini hədəfləyib. Bunun üçün isə mundiallar tarixinin Azərbaycanda gerçəkləşən rekordu yenilənməlidir. 2012-ci ildə ölkəmizdə təşkil olunan yarışda qeydə alınan göstərici Kosta-Rikanın da arzusudur.

 

Artıq federasiya rəhbərliyi yerli futbolsevərlərə müraciət də edib. Burada azarkeşlərdən rekord üçün 3-cü yer uğrunda oyun və finala gəlmələri xahiş olunur: “Azərbaycanda keçirilən çempionatın oyunlarını rekord sayda – 257 min tamaşaçı izləmişdi. Bizdə isə bu rəqəm artıq 227 mindir. Final oyunlarında 35 minlik stadionumuzu doldursaq, mütləq rekordçu olacağıq. Bütün kosta-rikalıları matçlara dəvət edirik”.

 

il

ölkə

oyun

tamaşaçı

orta

1

2008

Yeni Zelandiya

32

207803

6494

2

2010

Trinidad və Tobaqo

32

146156

4567

3

2012

Azərbaycan

32

257766

8055

4

2014

Kosta Rika

30

227150

7572