Azərbaycanın yığmasının bacarmadığını Türkiyə gerçəkləşdirdi
30.05.2014 - 08:47
Azərbaycanın yığmasının bacarmadığını Türkiyə gerçəkləşdirdi

Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsinə hazırlaşan yığmalar Braziliyadakı yarışa hazırlıq məqsədilə qüvvələrini sınayıb.

 

Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə millisi mundiala yollanacaq Hondurasla görüşüb. 4 il əvvəl dünya çempionatı ərəfəsində millimizlə qarşılaşan mərkəzi amerikalılar bu dəfə “ay-ulduzlular” önündə imtahan veriblər.

 

Lakin Azərbaycan millisindən fərqli, Türkiyə Hondurasa məğlubiyyət acısı yaşadıb – 2:0. “Ay-ulduzlular” hər iki topu qarşılaşmanın son 21 dəqiqəsində vurub. Millimiz isə Avstriyada bu rəqiblə qolsuz heç-heçə etmişdi.

 

Yoldaşlıq oyunları

Honduras – Türkiyə - 0:2

Erdinc, 70, Erkin, 83

 

Finlandiya – Litva – 0:1

Özbəkistan – Oman – 0:1

Kamerun – Paraqvay – 1:2

Latviya – Estoniya – 0:0, penaltilərlə - 4:2

Səudiyyə Ərəbistanı – Gürcüstan – 0:2