Millimizlə görüşdən sonra Bolqarıstan yığmasını kim çalışdıracaq?
13.10.2015 - 11:58
Millimizlə görüşdən sonra Bolqarıstan yığmasını kim çalışdıracaq?

Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev son matçına çıxır. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla bu gün keçiriləcək qarşılaşmadan sonra istefa verəcək.


Doğrudu, Petevin yerli futbol federasiyası ilə müqaviləsinin sonuna hələ iki il vaxt var. Lakin onun ayrılmaq qərarının qəti olduğu vurğulanıb. Federasiya isə baş məşqçi postuna yeni namizədləri artıq müəyyənləşdirib. Bunlar Georgi Dermendziyev, Petar Xubçev, Krasimir Balaxov və İlian İliyevdi. Adları çəkilənlərdən hazırda yalnız Xubçev işsiz deyil. O, yerli “Beroe” klubunu çalışdırır.

 

Bu posta bir nömrəli namizəd kimi Dermendziyev göstərilir. Gələn ay İcraiyyə Komitəsinin iclası keçiriləcək və yeni baş məşqçinin kimliyinə də orda aydınlıq gətiriləcək.

 

Qeyd edək ki, İvaylo Petevin rəhbərliyi altında 7 oyun keçirən Bolqarıstan yığması bunların birində (Maltaya 1:0) qələbə qazanıb, ikisində heç-heçə edib, dörd dəfə isə meydançanı məğlub tərk edib.