[b]Azərbaycanlı futbolçu: “Torpedo”dan təklif almışam[/b]
26.12.2014 - 12:06
[b]Azərbaycanlı futbolçu: “Torpedo”dan təklif almışam[/b]

“Neftçi”yə keçmək ehtimalım var. Amma hələ tələsmək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Qaziantep BB” klubundan göndərilən Rəhman Hacıyev deyib.

 

Gənc hücumçu Azərbaycanda başqa komandadan təklif almadığını da qeyd edib. Hacıyev, həmçinin onun xidmətində maraqlı olan Rusiya Premyer Liqa klubunun adını da açıqlayıb: “Ölkə daxilində yalnız “Neftçi” mənimlə maraqlanıb. Ancaq bu məsələdə hələ konkret heç nə yoxdu. Rusiyanın yüksək liqa komandası olan Moskva “Torpedo”sundan da təklif almışam. Hazırda hər iki klubla danışıqlar davam edir”.

 

Qeyd edək ki, Tovuz futbol məktəbinin yetirməsi olan Rəhman Hacıyev “Bakı”da üzə çıxıb.