Azərbaycanlı futbolçu Avstriya və Macarıstan klubunun gündəmində
06.01.2015 - 17:40
Azərbaycanlı futbolçu Avstriya və Macarıstan klubunun gündəmində

Portuqaliyanın II liqa komandası “Atletiko”da çıxış edən Amit Quluzadə klubunu dəyişə bilər. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi Avropa klublarının diqqət mərkəzindədi.

 

Konkret olaraq Avstriya və Macarıstandan gənclər millimizin sabiq üzvü ilə maraqlananlar var. Bu xəbəri əməkdaşımızla söhbətində Lissabon təmsilçisinin formasını geyinən Quluzadə özü də təsdiqləyib: “Hər ikisi yüksək liqa komandasıdı. Açığı, konkret təklif gəlməyib. Sadəcə menecerlər vasitəsilə maraqlandıqlarını çatdırıblar. “Neftçi”yə qayıdacağımla bağlı yayılan məlumatlar isə əsassızdı”.

 

Qeyd edək ki, Amit Quluzadənin “Atletiko” ilə müqaviləsi 2016-cı ilin yayına qədərdi.