[b]Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsində[/b]
03.04.2015 - 15:59
[b]Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsində[/b]

17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının final mərhələsində azərbaycanlı hakim də yer alacaq. Apasport.az saytının məlumatına görə, yan xətt hakimi Namiq Hüseynov bu məqsədlə gələn ay Bolqarıstana yollanacaq.

 

Həmyerlimiz final mərhələsində idarəçilik etmək üçün ilk növbədə, normativlərdən yaxşı keçməlidi. Adları siyahıya daxil edilən hakimlər mayın 7-də normativ verəcəklər. Müsbət qiymət alan referilərin turnirin final mərhələsinə yolları açılacaq.

 

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əməkdaşımızla söhbətində bu məlumatı təsdiqləyib. Namiq Hüseynov haqda müsbət fikirlər səsləndirən Məmmədov ona güvənir: “Namiq istedadlı hakim köməkçilərimizdən sayılır. Əminəm ki, o, normativlərdən keçəcək. Çünki bizim hakimlərin fiziki hazırlığına söz ola bilməz. Hüseynovun Avropa çempionatının final görüşünə təyinat alacağına da inanıram”.

 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 6-22 may aralığında keçiriləcək.