Azərbaycanlı hakim Monteneqroya göndərilir
25.08.2014 - 10:51
Futzal üzrə FIFA referisi Elçin Səmədli növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz avqustun 27-dən 30-dək UEFA kubokunun ilkin seçmə mərhələsinin G qrupunun oyunlarında ədaləti qoruyacaq.
Bu qrupun matçları Monteneqroda keçiriləcək. Bu ölkədə "Podqoritsa" (Monteneqro), "Ben Qurion" (İsrail) və "Jelezarek" (Makedoniya) klubları mübarizə aparacaq.
Mənbə: affa.az
0
0