Antalyada təlim-məşq toplanışıni davam etdirən azərbaycanlı hakimlər bu gün daha 4 yoxlama görüşündə idarəçilik edəcəklər. Apasport.az saytının məlumatına görə, Premyer Liqa hakimi Elvin Əsgərov Türkiyə Superliqa təmsilçisi “Qaziantepspor”un matçında ədaləti qoruyacaq.
Maraqlıdı ki, baş tutacaq 4 qarşılaşmanın hər birində Türkiyə komandaları üz-üzə gələcək.
16 yanvar
"Giresunspor" - "Qaziantepspor"
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Kamran Bayramov
"Şanlıurfaspor" - "Altınordu"
Hakimlər: Ramil Əhmədov, Azər Əsgərov, Akif Əmirəli
"İstanbulspor" - "Gölcükspor"
Hakimlər: Nahid Xasıyev, Elman Musayev, Yaşar Abbasov
"Arsinspor" - "Bursaniluferspor"
Hakimlər: Emin Nağıbəyov, Mehman Mahmudov, Mübariz Haşımov