Azərbaycanlı hakim üçün erməni inspektor
29.07.2014 - 09:54
Azərbaycanlı hakim üçün erməni inspektor

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin başçılıq etdiyi briqada Avropa Liqasının III təsnifat mərhələsində ədaləti qoruyacaq.

 

Ağayev və köməkçiləri Qazaxıstanda baş tutacaq “Şaxtyor” (Qazaxısrtan) – “Hayduk” (Xorvatiya) matçını idarə edəcək. İyulun 31-də baş tutacaq oyunda referiyə Zeynal Zeynalov. Namiq Hüseynov və dördüncü hakim Anar Salmanov kömək edəcək.

 

Matçın hakim-inspektoru ermənistanlı Karen Nalbandyandır. Erməni hakimlərimizin idarəçiliyinə qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə türkiyəli Mətin Kazançıoğludur.

 

Qeyd edək ki, Karaqanda şəhərindəki oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.