Azərbaycanlı hakimlər Monteneqro – Moldova oyununda
05.06.2015 - 15:54
Azərbaycanlı hakimlər 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında AVRO-2017-nin seçmə oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, Monteneqro – Moldova oyununu FIFA referisı Orxan Məmmədov idarə edəcək.
I seçmə qrupunun iyunun 15-də keçiriləcək oyununda ona həmyerlilərimiz kömək edəcək. Məmmədovun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq.
Qarşılaşmada dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
0
0