“Robert Prosineçki ilə görüş bizim üçün xoş oldu. Onunla milli komanda və futbolumuz haqda fikir mübadiləsi apardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanov deyib.
Keçmiş futbolçu Prosineçkinin yığmanın oyun stilində dəyişiklik edəcəyinə inandığını bildirib: “Millidə cavanlaşdırma siyasəti aparacağını bildirdi. Prosineçkiyə dedim ki, yığma yenə 8 nəfərlə müdafiədə oturacaq? Foqtsun vaxtında belə idi, amma biz millinin ifasında hücum futbolu izləmək istəyirik. O da dedi ki, mənim öz fəlsəfəm var, hücum futbolu oynadacağam”.
Qeyd edək ki, Prosineçki dünən U-16 millimizlə "Sumqayıt”ın U-17 komandası arasındakı yoldaşlıq oyununu izləyib. Ardınca isə xorvat məşqçi ilə “Sumqayıt”ın prezidenti Kamran Quliyev, baş məşqçi Aqil Məmmədov və baş menecer Ceyhun Sultanov arasında görüş keçirib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı