Türkiyə PTT I Liqasının XVII turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka” səfərdə “Bakı”nın sabiq futbolçusu Cəmşid Məhərrəmovun yeni klubu “Adanaspor”la qarşılaşıb.
Azərbaycanlıların Türkiyə duelində sevinən tərəf ev sahibləri olub. Görüş 3:1 hesbı ilə Məhərrəmovun komandasının qələbəsi ilə yekunlşıb.
Bu görüşdə Şükürov meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. Mahirdən fərqli olaraq, Cəmşid isə oyunu kənardan izləyib. Onun adı “18-liy”ə salınmayıb.
Qeyd edək ki, “Adanaspor” 20 xalla 13-cü pillədə, aktivində 25 xalı olan “Karşıyaka” isə 6-cı yerdə qərarlaşır.