Bakının "İnter" klubunun yeni transferi Aleksandr Amisulaşvilinin zorlama ittihamı ilə saxlanılıb. Apasport.az saytının məlumatına görə, hadisə 2007-ci ildə gürcüstanlı müdafiəçi Rusiyanın "Spartak" (Nalçik) komandasında çıxış etdiyi vaxt baş verib.
İnternet qaynaqlarında bildirilir ki, 7 il öncə Rusiya çempionatında "Luç"a 1:2 hesablı məğlubiyyətlə başa çatan səfər oyunundan sonra Amisulaşvili Vladivostokda qalaraq, kafeyə yollanıb. Səhərədək dostları ilə əyləndikdən sonra 25 yaşlı qadını buraxmayıb və onu zorlayıb. Həmin qadın isə polisə müraciət edib. Hüquq-mühafizə orqanları tezliklə Amisulaşvilini həbs ediblər.
Faktla bağlı cinayət işi qaldırılıb. Amma sonradan futbolçu "Sovsport"a açıqlamasında "Luç"la oyundan sonra Vladivostokda qaldığını təsdiqləsə də, saxlanılaraq, zorlamada ittiham olunmasına dair xəbərləri təkzib edib.
Qeyd edək ki, hazırda 32 yaşında olan Aleksandr Amisulaşvili "İnter"lə 1 illik müqavilə bağlayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı