Bakı klubu 3 yoxlama oyunu keçirəcək
17.01.2014 - 12:38
Bakı klubu 3 yoxlama oyunu keçirəcək
Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Rəvan” qardaş ölkədə 3 yoxlama matçı keçirəcək. Apasport.az saytına klubdan verilən məlumata görə, paytaxt təmsilçisi Braziliya, Rumıniya və Xorvatiya klubları ilə qarşılaşacaq.

Oyunların vaxtı bilinsə də, rəqiblərin kimliyi dəqiqləşməyib. “Rəvan” yoxlama oyunlarını 19, 22 və 25 yanvar tarixlərində keçirməyi planlaşdırır.