Bakı klubu “Yuventus”dan öndə
08.12.2014 - 11:28
Bakı klubu “Yuventus”dan öndə

Bakı “İnter”i dünyanın ən etibarlı müdafiəyə malik klublarının siyahısında irəliləyib. Apasport.az saytının məlumatına görə, “bankirlər” öz ölkələrinin çempionatında ən az qol buraxan klubların cədvəlində 3-cü pillədədi.

 

Topaz Premyer Liqasının 13 oyununda cəmi 4 qola üzülən paytaxt təmsilçisinin orta göstəricisi 0,31-ə bərabərdi. “İnter” bu nəticəylə yalnız Kipr APOEL-i (0,17) və Almaniya “Bavariya”sından (0,21) geri qalır.

 

Planetin 3-cüsü olan bakılıların ən yazın izləyicilərindən “Fehervar” (Macarıstan) hər oyuna 0,35, “Yuventus” (İtaliya) və “Partizani” (Albaniya) isə 0,36 qol buraxıb.

 

Qeyd edək ki, XV turun AZAL-la oyununadək “İnter” dünyanın 5-ci komandası idi. Son 16 çempionat matçında 1-dən artıq qol buraxmayan Kaxaber Sxadadzenin yetirmələri “təyyarəçilər”i 1:0 hesabı ilə məğlub edib.