Bakı klubundan Özbəkistana
08.01.2016 - 10:06
Bakının “Rəvan” klubundan ayrılan Alibobo Rahmatullayev özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı tacikistanlı yarımmüdafiəçi karyerasını Özbəkistanda davam etdirəcək.
Orta sahə oyunçusu “Obod” klubu ilə anlaşıb.
Qeyd edək ki, 2015-ci ilin yayında “Rəvan”a keçən Rahmatullayev Topaz Premyer Liqasında 4 oyun keçirib.
0
0